ABŞ-İran müharibəsinin sonu necə bitəcək? – ŞƏRH

ABŞ-İran müharibəsinin sonu necə bitəcək? – ŞƏRH

“İrana qarşı hücumlar nə qədər şiddətlənsə də, bu müharibə hələ ki, ABŞ və İsrailin istədiyi olmayıb”.

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi Ərəb ölkələri, hətta Əfqanıstan və Pakistan daxil olmaqla bütün İslam dünyasına mənfi təsir göstərəcək:

“Baş nazir Benyamin Netanyahu başda olmaqla İsrail rəsmilərinin açıq şəkildə sünni-şiə koalisiyasını hədəf alması onu deməyə əsas verir ki, ABŞ və İsrail tərəfindən başladılan müharibə daha çox ideoloji bir müharibədir.

Belə  demək mümkünsə, bu müharibə siyasi xarakter deyil, birbaşa ideoloji xarakter daşıyır. Qeyd edim ki, ideoloji savaşlar hər zaman ağır fəsadlara gətirib çıxarır. O ki qaldı İranla müharibənin hansı sonluqla bitməsinə, hələ bu müharibə ABŞ və İsrailin istədiyi kimi ciddi nəticələr doğurmayıb.

Həm ABŞ, həm də İsrail rəhbərliyi gözləyirdi ki, onların hücumları fonunda İranda kütləvi xalq etirazları başlayacaq, dağıdıcı təlatümlər baş verəcək və bu ölkə daxildən parçalanacaq. Hələ ki, bu istiqamətdə bu kimi proseslər müşahidə olunmur. Amma xüsusi bir məqamı da diqqətdən qaçırmaq olmaz.

Hazırkı vəziyyətdə ya İran hakimiyyəti möhkəmlənəcək və radikallaşacaq, ya da zəifləyib parçalanacaq. Bir daha vurğulayıram ki, ABŞ-İsrail ilə İran arasında müharibənin daha da genişlənməsi regionda ağır və dağıdıcı fəsadlara yol aça bilər”.

Yunis Abdullayev
“Cebheinfo.az”