Fatih Ərbakan: “Xocalıda insanlıq qətl edildi”

Fatih Ərbakan: “Xocalıda insanlıq qətl edildi”

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan da Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi “X” hesabında şəhidlərimizi yad edib:

“Xocalıda insanlıq qətl edildi. 26 fevral 1992-ci ildə körpələr, uşaqlar, qadınlar və yaşlılar vəhşicəsinə öldürüldü. Bu zülmü edənlər də, göz yumanlar da insanlıq tarixinə qara bir ləkə olaraq düşdü. Şəhidlərimizi rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını ürəkdən paylaşırıq”.

Elmir Mustafa
“Cebheinfo.az”