Fransa səfiri Azərbaycanla sərhədə gəldi: Patrul dəstəsinə qoşuldu

Fransa səfiri Azərbaycanla sərhədə gəldi: Patrul dəstəsinə qoşuldu

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla sərhəddə olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistandakı Avropa İttifaqı missiyası məlumat yayıb. 

"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirir.

Səfirə missiyanın işi barədə məlumat verilib.

“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın bəyanatında deyilir.

“Cebheinfo.az” xatırladır ki, Xaçik Azərbaycandan üç kilometrdən çox olmayan məsafədə yerləşir. 

Xəzər
“Cebheinfo.az”