Nura Suri: "Əclaf olmalısan ki, uğurlu olasan" - FOTO

Məşhur müğənni Nura Suri paylaşımı ilə diqqət çəkib.
"Cebheinfo.az" xəbər verir ki, sənətçi "Facebook" hesabında "Hakimiyyətin 48 qanunu" kitabını oxuduğunu yazıb.
Onun kitabla bağlı fikirləri isə belə olub:
""Hakimiyyətin 48 qanunu" kitabını oxuyub bir daha başa düşdüm ki, səmimi, düzgün və mərhəmətli insan qalib və uğurlu ola bilməz. Bir növ, əclaf və eqoist olmalısan ki, uğurlu olasan. Həyatı planlı yaşamalı, insanlardan istifadə və manipulyasiya etməli, özünü hamıdan üstün görməlisən".
Aslan
"Cebheinfo.az"