Səbinə Salmanova və Tənzilə Rüstəmxanlı Vedat Bilginlə görüşüb

Səbinə Salmanova və Tənzilə Rüstəmxanlı Vedat Bilginlə görüşüb

“Ankarada deputat həmkarım Tənzilə Rüstəmxanlı ilə birlikdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilginlə görüşdük. 

Görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından danışdıq. Qeyd etdim ki, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında inkişaf yolu keçən münasibətlərimiz dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib. Türkiyəli həmkarımıza, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdik”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Səbinə Salmanova deyib.

Bundan başqa, Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlı soydaşlarımızın ata-baba yurdlarına qayıdışı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb:

“Qeyd etdik ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək. Ona görə də Ermənistan beynəlxalq hüquqa hörmət etməli, soydaşlarımızın öz ata-baba yurdlarına ləyaqətli şəkildə qayıtmasına şərait yaratmalıdır”.

“Cebheinfo.az”