Sahibə Qafarova: “Azərbaycan lider imicini möhkəmləndirdi”

“COP29-un iqlim dəyişmələri probleminin həlli üçün üçün göstərilən qlobal səylərə verdiyi töhfələr barədə hələ çox danışılacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spikerin sözlərinə görə, bəşəriyyətin gələcəyi ilə bağlı olan bu mötəbər və dünya miqyaslı tədbiri yüksək səviyyədə keçirməklə Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndərdi, yenə mötəbər toplantıların keçirilməsi planlarını daha da artırdı.
Spiker həmçinin bu gün Kəlbəcər şəhər günü olduğunu bildirərək hər kəsi təbrik edib.
Sahibə Qafarova müzakirəyə çıxarılan büdcə zərfi ilə bağlı fikirlərini səsləndirib, iclasa gələn Baş nazir Əli Əsədov və digər hökumət üzvlərini salamlayıb.
Vilayət Muxtar
“Cebheinfo.az”