Azərbaycanda böyük təhlükə: Aborta hansı halda icazə verilir?

Azərbaycanda böyük təhlükə: Aborta hansı halda icazə verilir?

Azərbaycanda bir neçə ildir yeni doğulan körpələr arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edir.

Baxmayaraq ki, Azərbaycan qanunvericiliyinə görə, cinsə görə abort qadağandır.

Dövlət Statistika Komitəsinin (DSK) məluamtlarına görə, Azərbaycanda 2010-cu ildə hər 100 doğulan qıza 117, 2020-ci ildə - 114, 2021-ci ildə isə 116 oğlan düşür.

Bəs Azərbaycanda selektiv aborta hansı hallarda icazə verilir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Ruslan Vəliyev deyib ki, selektiv aborta icazə yoxdur:

“Selektiv abort qadağandır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə, hamiləliyin müəyyən dövrlərində aborta icazə var. Qanunvericilikdə aborta icazə verən hallar müəyyən olunub. Qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə dayandırıla bilər.

12 həftədən 22 həftəyə qədər də ailənin sosial durumu nəzərə alınaraq aborta yol verilir. Burada ananın sağlamlığı ilə bağlı məsələ də yer alıb. Belə ki, 22 həftədən sonra yalnız ananın sağlamlığı nəzərə alınmaqla abortun icrasına icazə var”.

Hüquqşünas bununla bağlı digər normativ sənədlərin olduğunu da qeyd edib:

“Avropa Məhkəməsi ana bətnindəki dölü canlı insan kimi qəbul etmişdi və dölün abort olunmasını insan hüquqlarına müdaxilə, yaşamaq hüququnun pozuntusu hesab eləmişdi”.

Xatırladaq ki, Qərb ölkələrində və ABŞ-ın bəzi ştatlarında abort qadağan olunub. ABŞ Ali Məhkəməsinin 1973-cü ildəki qərarına görə, abort müəyyən bir müddətdən sonra ananın sağlamlığı üçün təhlükə yaradarsa, qadağan oluna bilər. Amerikaarası Konvensiya yaşamaq hüququnu açıq şəkildə rüşeymə (ana bətnində olan embriona) şamil edir. Konvensiyaya görə yaşamaq hüququ, “ümumiyyətlə, maya bağlandığı andan qanunla qorunur”.

Günay Şahmar
Cebhe.info