Azərbaycanda neçə çoxuşaqlı ana var? - Rəsmi statistika

Azərbaycanda neçə çoxuşaqlı ana var? - Rəsmi statistika

Dövlət Statistika Komitəsi Azərbaycandakı çoxuşaqlı anaların (5-dən çox uşağı olan) sayını açıqlayıb.

Modern.az-ın komitədən əldə etdiyi məlumata görə, 2024-cü il iyulun 1-dək ölkədə qeydə alınan çoxuşalı anaların sayı 2700 nəfər olub.

5-dən çox uşağı olan 2,7 min qadına 11 838 uşaq üçün aylıq müavinət ödənilib.

Həmin ailələrdə bir nəfərə düşən aylıq müavinətin məbləği 105 manat təşkil edib.

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.

"Cebheinfo.az"