Təzyiq, diabet, ürək xəstələri oruc tuta bilər?

Təzyiq, diabet, ürək xəstələri oruc tuta bilər?

Ramazan ayında bəzi insanlar müxtəlif xəstəlikləri səbəbilə oruc tuta bilmirlər.

Ancaq alimlər heç də bütün xəstəliklərin oruc tutmağa mane olmadığını deyir.

Cebhe.info xəbər verir ki, alimlərin fikrincə, oruc sağlam insanlar üçün bədənin ruhi və fiziki sağlamlığını qoruyur, bədənin toksinlərdən təmizlənməsini təmin edir.

Ramazan ayında sağlam fərdlər kimi dərman qəbul edən xəstələr də ibadətlərini yerinə yetirmək üçün oruc tutmaq istəyirlər.

Bezmialem Vakıf Universitetinin tibb fakültəsinin ürək-damar xəstəlikləri cərahiyyə şöbəsinin müdiri, professor Cengiz Köksal xəstələrin oruc tutarkən sağlamlıqlarına problem yaratmaması üçün diqqət etməli olduqları mühüm amillərin olduğunu deyib.

Cengiz Köksal deyib ki, "Hər ürək xəstəsinin oruc tuta bilməyəcəyini söyləmək düzgün olmaz. Hər xəstəni ayrı-ayrılıqda qiymətləndirmək və xəstəliyin vəziyyətinə görə qərar vermək lazımdır.

Oruc tutmaq sağlam insanlarda ürək-damar sağlamlığı riskini artırmaz. Ancaq yaşı çox olan, diabet, yüksək təzyiq kimi xroniki xəstəlikləri olan xəstələr oruc tutmazdan əvvəl mütləq həkiminə müraciət etməli və dərmanları buna uyğun tənzimlənməlidir”.

Dərman dozası tənzimlənməlidir

Professor uzun müddət aclıq və susuzluq zamanı normal sağlam fərdlərdə təzyiqin aşağı düşə biləcəyini, təzyiqi olan xəstələrdə təzyiq dərmanlarının dozasının tənzimlənməsi (azaldılması) lazım ola biləcəyini də vurğulayıb.

Köksal deyib ki, "Orucla bərabər orqanizm bir müddət susuz qalacağı üçün bu vəziyyət sidikqovucu dərman istifadə edən xəstələrdə daha çox olacaq. Su və mineral itkisi ilə bağlı xəstə şikayətlərində artım ola bilər. Bu səbəblə sidikqovucu dərmanların istifadəsi lazım olanda yenidən ürək həkiminə müraciət edərək lazım olarsa dayandırılır və ya istifadəsi məcburi olarsa, sahur yerinə iftarda qəbul edilə bilər".

Xüsusilə də ürək qapağı əməliyyatı olan, metal qapağı olan xəstələrin istifadə etdiyi qan durulaşdırıcı (kumadin) dərmanının dozası Ramazan ayında daha tez-tez aralıqlarla edilən INR ölçmələri ilə daha yaxından izlənilməlidir.

Çünki orucla, yəni uzunmüddətli aclıq və susuzluqla qanda əvvəllər görünməmiş dəyişkənlik aşkar edilə bilər. INR dəyərinə görə kumadin istifadəsini izləyirik və bu dəyər oruc tutmaqla istənilən diapazonda saxlanılmaya bilər.

Qan dəyərləri yüksək olarsa, qanaxma baş verə bilər, qan dəyərləri aşağı olarsa, ürək qapağında laxtalanma meydana gələ bilər. INR dəyərini yaxından və daha tez-tez izləmək lazımdır və dərman dozası bu analizə uyğun olaraq tənzimlənməlidir. Ramazan ayında mütləq sahur yerinə yetirilməlidir".

Sahursuz (sahur-obaşdan) oruc tutulmamalıdır

Professor deyir ki, sahur olmadan oruc tutulmamalıdır:

"Sahurda yüksək karbohidrat və şəkər qəbul edilməməlidir. Xəstə kifayət qədər su içməli, istifadə etməsi lazım olan dərmanları qəbul etməyi unutmamalıdır. İftarda uzunmüddətli orucdan sonra çoxlu yeməklər qəbul edilməməlidir.

İftarla sahur arasında kifayət qədər su qəbul edilməlidir. Həddindən artıq yağlı və duzlu qidalardan uzaq durmaq lazımdır. İftarla sahur arasında kifayət qədər su içməliyik. Əgər oruc tutarkən səhhətinizdə hər hansı problem yaranarsa, özünüzü pis hiss edirsinizsə, dərhal səhiyyə müəssisəsinə müraciət etməlisiniz.

Xüsusilə ürək xəstələri orucluqda, yəni iftarla sahur arasında həddindən artıq sauna və temperaturu yüksək olan spalardan uzaq durmalıdırlar. Saunalar və isti bulaqlar həddindən artıq su itkisinə səbəb olacağından, hətta sağlam oruc tutanlar üçün də əlverişsiz ola bilər".

Nigar
Cebhe.info