"Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilib

"Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional mərkəzləri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirlərdə sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təbliği, uşaqlar və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi mövzularında çıxışlar dinlənilib, uşaq hüquqları sahəsində mövcud olannormativ hüquqi aktların tələblərindən bəhs olunub.

Tədbirlərin yekununda mövzular üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Cebhe.info