Xırdalan sakinləri yollarda qalıb: 135 nömrəli avtobus niyə gecikir?

Xırdalan sakinləri yollarda qalıb: 135 nömrəli avtobus niyə gecikir?

Xırdalan sakinləri hər gün marşrut problemi ilə üzləşirlər. 

Belə ki, Xırdalan şəhərindən “20 Yanvar” istiqamətində hərəkət edən 135 nömrəli avtobus çox gec gəlir. Buna görədə sərnişinlər hər gün yollarda əziyyət çəkirlər. Üstəlik “manatlıq” taksilərin olmaması sakinlərə xeyli çətinlik yaradır. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Tural Orucov "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, gündəlik olaraq 135 nömrəli marşrut xətti üzrə 18 avtobus istismara verilir: 

“Böyüktutumlu nəqliyyat vasitələri 5-6 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrut üzrə hərəkət edən avtobusların qrafikində günün pik saatlarında şəhərin müxtəlif küçə və prospektlərində, əsasən də paytaxtın Asim Məhərrəmov küçəsi və Xırdalan şəhəri ərazisində nəqliyyat vasitələrinin sıxlığı səbəbindən gecikmələr müşahidə olunur. 

Bildirim ki, yolların buraxılış imkanlarının artırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 135 nömrəli marşrut avtobusunun keçdiyi Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi və əks istiqamətə avtobus zolaqları təşkil edilib. Zolaqların təşkili avtobusların, fasiləsiz və intensiv hərəkətinin təminatıdır”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”