İbrahim Kalın Ərdoğanın ABŞ səfərini müzakirə edəcək

İbrahim Kalın Ərdoğanın ABŞ səfərini müzakirə edəcək

Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşərək, prezident Rəcəb Tayyib Ərdoğanın qarşıdakı Vaşinqton səfərin təfərrüatlarını müzakirə edəcək.

Bu barədə “İhlas”ın məlumatında bildirilib.

“İbrahim Kalının Konqres nümayəndələrilə görüşü zamanı ikitərəfli münasibətlər, Ukrayna və Qəzza zolağındakı münaqişələr, Kürdüstan Fəhlə Partiyasının (PKK) fəallarına qarşı mübarizə, həmçinin Prezident Ərdoğanın ABŞ-a səfəri müzakirə olunacaq”, - xəbərdə bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a rəsmi səfər etmək niyyətindədir.

O, Ağ Evdə Prezident Co Baydenlə görüş keçirəcək. 

Görüş zamanı tərəflərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi bildirilir.

"Cebhe.info"