Paşinyan Qazaxla sərhədə gəldi
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib.
"Cebhe.info” “Armenpress”-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Paşinyan bu il ikinci dəfə adıçəkilən kəndə gedib.
Xatırladaq ki, martın 18-də Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə gedib. Paşinyan Əskipara, Bağanis və digər kəndlərdə yaşayan şəxslərlə görüşlər keçirib.
"Cebhe.info"