Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Məmmədov Ülvi Ziyarəddin oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

"Cebhe.info"