79 bağçaya müdir təyin olunub

79 bağçaya müdir təyin olunub

Son iki il ərzində məktəbəqədər təhsil müəssisələrinə 700-ə yaxın tərbiyəçi-müəllim, 79 nəfər müdir təyin olunub. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10 000-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib.

Nigar
“Cebheinfo.az”