Nəsimi Ağayev Almaniya Prezidenti ilə görüşə belə qatıldı

Nəsimi Ağayev Almaniya Prezidenti ilə görüşə belə qatıldı

Almaniyadakı səfirimiz Nəsimi Ağayev maraqlı addımı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Yeni il münasibətilə diplomatlar üçün təşkil etdiyi qəbula Azərbaycan milli geyimində qatılıb.

N.Ağayev bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Almaniyanın Federal Prezidenti Zati-aliləri Dr. Frank-Valter Ştaynmayerin Berlindəki gözəl Bellevue sarayında Diplomatik Korpusun Yeni il ziyafətində iştirak etməkdən şərəf duyuram”.

Qeyd edək ki, Nəsimi Ağayev 2022-ci ilin avqustun 19-u ölkəmizin Almaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Cebheinfo.az”