270 milyonluq koronavirus peyvəndi məhv edildi: Daha işə yaramır

270 milyonluq koronavirus peyvəndi məhv edildi: Daha işə yaramır

İtaliya ən azı 15 milyon doza koronavirus peyvəndini məhv edəcək.

Cebhe.info bu barədə “La Repubblica”ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, səbəb dərmanın istifadə müddətinin bitməsi və köhnəlməsidir. Əczaçılıq şirkətləri payıza qədər vaksinlərin yeni variantlarını buraxmağı planlaşdırır.

Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri bildirib ki, agentlik omikron ştamının yeni subvariantlarına qarşı dərmanların hazırlanmasını xahiş edib.

O qeyd edib ki, ikivalentli deyil, tək ştama qarşı monovalent peyvəndlər tələb olunur.

“Orijinal virus növündən müdafiə olunmağın artıq mənası yoxdur. İndiyə qədər bütün əhali bu virusa məruz qalıb və ya ona qarşı peyvənd olunub”, - Kavaleri deyib.

Peyvəndin bir dozasının orta qiyməti 18 avro təşkil edib. Beləliklə, 2023-cü ilin sonunda yararsız hala düşəcək 15 milyon dozaya 270 milyon avro xərclənib.

Kavaleri etiraf edib ki, bu qədər dozanı atmaq təəssüf doğurur:

“Lakin bu, virusa hazırlaşmaq lazım olan mexanizmin bir hissəsidir. Virusun bizi təəccübləndirməməsi üçün sərmayə qoymalıyıq. Əgər peyvəndlər olan soyuducular boş olsaydı və birdən-birə əhalini qorumaq üçün yeni ehtiyac yaranarsaydı, bu, problem olardı. Həddindən artıq çox azdan yaxşıdır”.

Xəzər
Cebhe.info