İranın daha 5 təşkilatı “qara siyahı”da

ABŞ rəhbərliyi İranın nüvə proqramlarını dəstəklədiklərini əsas gətirərək, İran mərkəzli 5 təşkilat və 1 şəxsi sanksiya siyahısına əlavə edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, sanksiyalar İranın Atom Enerjisi Təşkilatına (AEOI) bağlı olan İran Mərkəzdənqaçma Texnologiyaları Şirkəti (TESA) da daxil olmaqla, sözügedən təşkilat və şəxslərə “ölkənin nüvə proqramını idarə edən və nəzarət edən qurumlara dəstək verdiyi üçün” tətbiq edilib.
Bildirilib ki, “Thorium Power Company” (TPC), “Pars Reactors Construction and Development Company” (Satra Pars), “Azarab Industries Co. (Azarab) AEOI-yə birbaşa və ya dolayı sahib olduqları üçün sanksiyalar siyahısına daxil edilib.
Məlumatda İranda yerləşən “Atbin İsta Texniki və Mühəndislik Şirkəti”nin (AIT) TESA-ya dəstək verdiyi və həm şirkətə, həm də onun sədri və baş meneceri Məcid Mosallata qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib.Açıqlamada “Pegah Aluminium Arak Company”nin (Pegah) da TESA üçün alüminium məhsulları istehsal etdiyi üçün siyahıya daxil edildiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"