“Apple” məhsullarının 95%-i Çində istehsal olunur

“Apple” məhsullarının 95%-i Çində istehsal olunur

ABŞ-ın texnologiya nəhəngi “Apple” məhsullarının 95%-i hələ də Çində istehsal olunur. 

Cebhe.info xəbər verir ki, bu barədə “Apple”ın CEO-su Tim Kuk Çinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib.

Belə ki, “Apple” şirkəti Çində geniş çeşiddə məhsullar istehsal edir. Smartfonlar, kompüterlər, planşetlər və smart saatlar bunlardan bəziləridir. 

Əslində, “Apple” Çindən asılılığını azaltmaq istəyir. Pandemiya dövründəki çətinliklər və Çin və ABŞ arasında “ticarət müharibəsi” şirkətin istehsalının bir hissəsini başqa ölkəyə keçirmək fikrinə səbəb oldu.

Müvafiq olaraq, şirkət Hindistanda ikinci "iPhone" fabriki qurmağı planlaşdırır. Bununla belə, planların hələ ilkin mərhələdə olduğu bildirilir.

İstehsalının böyük hissəsini hələ də Çində həyata keçirən şirkətin yaxın müddətdə Çindən tamamilə çıxması mümkün görünmür.

Nigar Hacılı
Cebhe.info