Bayden getmədən "TikTok"-u ləğv edəcək?

Bayden getmədən "TikTok"-u ləğv edəcək?

Vəzifəsini təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Baydenin Çin sosial şəbəkə tətbiqi "TikTok"-u qadağan etmə qərarını həyata keçirməyəcəyi iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, "TikTok"-a Çin ByteDance ilə əlaqələrini bitirmək üçün yanvarın 19-na qədər vaxt verilib., Əks halda şirkətin ölkədə qadağan ediləcəyi və istifadəçilər tərəfindən girişinin bloklanacağı bildirilib. İndi isə Bayden rəhbərliyinin bu qərarda dəyişiklik edəcəyi iddia olunur.

Bir çox KİV Baydenin "TikTok"-a qadağa qoymayacağını və bu qərarı yeni seçilmiş Prezident Donald Trampın ixtiyarına verəcəyini bildirib.

Bu iddialarla bağlı Ağ Evdən heç bir cavab verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"