Belqorod vilayətində üç Ukrayna PUA-sı vuruldu

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus üç pilotsuz təyyarəni vurub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, gecə Kiyevin Rusiya ərazisindəki obyektlərdə təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb.
"Cebheinfo.az"