Bu ölkədə dəhşətli ZƏLZƏLƏ

Bu ölkədə dəhşətli ZƏLZƏLƏ

Tacikistanda 6,4 bal gücündə zəlzələ baş verib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Mütəxəssislərin məlumatına görə, zəlzələ bazar günü, aprelin 13-də UTC vaxtı ilə saat 04:24-də, 198 mindən çox insanın yaşadığı Xucənd şəhərindən 170 km-dən çox cənub-şərqdə baş verib. Mənbə 16 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəzər
“Cebheinfo.az”