Bu ölkəni qasırğa "vurdu": 7 ölü

Bu ölkəni qasırğa "vurdu": 7 ölü

ABŞ-də tüğyan edən güclü qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə "Cebheinfo.az" "ABC News" telekanalına istinadla xəbər verir. Qasırğa Tennessi, Missuri və İndiana ştatlarında müşahidə olunur. Təbiət hadisəsi 138 milyon insanın həyatına təhlükə yaradır. Dağıdıcı küləyin sürəti saatda 130 kilometrə çatır.Hazırda Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsilin dayandırıldığını bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"