Çin ilə Rusiya arasında viza qaldırıla bilər

Çin ilə Rusiya arasında vizasız rejimin təşkili iki ölkənin xeyrinə olacaq.
Cebhe.info xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Zhang Hanhui bildirib.
Rusiya ilə Çin arasında vizaların ləğvi ilə bağlı hər hansı iş görülüb-görülmədiyini soruşduqda isə Çin səfiri sualı belə cavablandırıb:
"Bildiyimə görə, belə bir məsələ müzakirə olunmayıb. Biz hesab edirik ki, vizasız gediş-gəliş olmalıdır. Çünki bu, vətəndaşlarımız və ölkələrimiz arasında qarşılıqlı səfərləri böyük dərəcədə təşviq edəcək. Bu, faydalı olacaq".
Nigar Hacılı
Cebhe.info