Daha 15 fələstinli həlak olub

Daha 15 fələstinli həlak olub

İsrailin Qəzzada iki evə hücumu nəticəsində ən azı 15 fələstinli həlak olub.

"Cebheinfo.az" WAFA agentliyinə istinadən xəbər verir ki, İsrail təyyarələrinin Qəzza şəhərinin şimalında Şeyx Rıdvan rayonunda Hethet ailəsinə aid bir evə hava hücumu təşkil etdiyi bildirilib.

Xəbərdə hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu azı 13 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı, 40 nəfərin isə hələ də dağıntılar altında qaldığı bildirilib.

Məlumada İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin cənubunda Es-Sabra məhəlləsində Eslim ailəsinin evini bombalaması nəticəsində 2 nəfərin həyatını itirdiyi, 20 nəfərin isə yaralandığı bildirilib.

Hücum zamanı dağılan evin dağıntıları altından bir qadın cəsədinin çıxarıldığı, 7 nəfərin isə hələ də dağıntılar altında qaldığı bildirilib.

Həmçinin İsrailin pilotsuz uçuş aparatlarının Əz-Zeytun məhəlləsində vətəndaşların evlərinə atəş açdığı, ordunun isə Qəzza zolağının şimal bölgələrində yaşayış binalarını partlatdığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"