Ekvadorda silahlı qarşıdurma: Ölənlər var

Cənubi Amerika ölkəsi Ekvadorda silahlı qruplar arasında baş verən qarşıdurmada 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Quayaquil şəhərinin Nueva Prosperina bölgəsindəki gecəqonduda silahlı qruplar arasında toqquşma baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, 20 nəfərlik silahlı dəstə məhəlləyə daxil olaraq bir çox evə basqın edib.
Bölgədə geniş təhlükəsizlik tədbirləri alan polis, hücumların məsuliyyətini “Los Tiguerones” adlı mütəşəkkil cinayətkar dəstənin üzərinə götürüb.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"