Fransa səfiri yenə sərsəmlədi

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenə sərsəm fikirlər səsləndirib.
“Cebheinfo.az” xəbər verir ki, o, Qarabağdan könüllü gedən ermənilərin “öz evlərinə qayıtmaq hüququnu” xatırladıb.
“2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərin öz evlərinə qayıtmaq hüququnu təsdiqlədi. Bu qərar Azərbaycan tərəfindən yerinə yetirilmədi”, - deyə o, “X” mikrobloqunda yazıb.
Bu, Fransa səfirinin bu qəbildən ilk açıqlaması deyil. Bundan əvvəl də səfir dəfələrlə belə sərsəm fikirlərə imza atıb.
Xəzər
“Cebheinfo.az”