Fransada fələstinli fəala həbs cəzası verilib
Fransanın Nitsa şəhərində məhkəmə Fələstin tərəfdarı Amira Zaiteri “terror təbliğatı” səbəbi ilə 3 il həbs cəzasına məhkum edib.
"Cebheinfo.az" xəbər verir ki, yəhudi təşkilatlarının şikayəti ilə sentyabrın 19-da nəzarətə alınan və 18-i şərti olaraq 30 aylıq həbs cəzası tələbi ilə mühakimə olunan Zaiter haqqında Nitsa Cəza Məhkəməsi hökm çıxarıb.
Məhkəmə "terrorizmi və insanlığa qarşı cinayətləri təbliğ etmək" və "nifrət nitqi ilə məşğul olmaq" kimi 13 fərqli ittihamla Fələstin tərəfdarı Zaiteri 2 ili şərti olmaqla, 3 il həbs cəzasına məhkum edilib.
Bundan əlavə, məhkəmə Zaiterin 10 il müddətinə seçilmək hüququndan məhrum edilməsini və işin mülki tərəflərinə 10 min avrodan çox təzminat ödəməsini tələb edib.
Məhkəmənin Zaiterlə bağlı qərarının "kifayət qədər ciddi" olduğunu bildirən vəkilləri siyasi adlandırdıqları qərara reaksiya veriblər.
Zaiter dinləmədə sosial şəbəkələrdəki paylaşımlarında Qəzzədəki soyqırıma reaksiya verdiyini və sionizmə qarşı olduğunu bildirib.
İclasın sonunda məhkəmə sədri ondan son sözlərini istəyəndə Zaiter bir daha “Qəzzada soyqırım baş verdiyini” bəyan etdi və bütün “qorxu və hədə-qorxulara baxmayaraq fələstinliləri müdafiə etməyə davam edəcəyini” vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"