İsrail "Hizbullah"a xəbərdarlıq etdi

İsrailin müdafiə naziri İsrael Katz Livanda qüvvəyə minən atəşkəs razılaşması ilə bağlı açıqlama verib.
“Cebheinfo.az” xəbər verir ki, o, atəşkəsə baxmayaraq, Colan təpələri və şimal sərhəd bölgələrində məktəblərin bağlı qalması qərarına toxunub. Onun sözlərinə görə, müdafiə məhdudiyyətlərinin ləğv edilməməsi, Cəlilə və şimal bölgələrində həyatı normal vəziyyətə döndərməmək qərarı ehtiyat tədbir məqsədi daşıyır. Bu baxımdan, İsrailin razılaşmanı yerinə yetirməklə qəti və açıq mesaj vermiş olur.
İsrailin müdafiə naziri “Hizbullah”a və Livan hökumətinə atəşkəs razılaşmasına əməl etməyin vacibliyi barədə xəbərdarlıq edib. Katz bildirib ki, “Hizbullah”ın müqaviləni pozmaq cəhdləri davam edərsə və Livan hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, İsrail sərt cavaba hazır olacaq. Təslim olmayacaqlarını vurğulayan Katz İsrail xalqının təhlükəsizliyi məsələində güzəştə getməyəcəklərini də əlavə edib.
Qeyd edək ki, İsrail ordusu ilə “Hizbullah” arasında 14 aydan çox davam edən qarşıdurmaya son qoyan atəşkəs razılaşması noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.
Müşfiq Abdulla
“Cebheinfo.az”