Lavrov: "Qərb Rusiya və Belarusu qarşı-qarşıya..."

Lavrov: "Qərb Rusiya və Belarusu qarşı-qarşıya..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Qərb ölkələri İttifaq dövlətinin daha da möhkəmlənməsinin qarşısını almaq istəyirlər, buna görə də Rusiya və Belarusun "arasını vurmağa" çalışırlar.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Qeyd edək ki, Lavrov bu barədə fikirlərini Rusiya-Belarus tarixçilər forumunun plenar iclasında səsləndirib və o, iştirakçıları salamladıqdan sonra vurğulayıb ki, kollektiv Qərb tərəfindən tarixi faktların təhrif edilməsini, dərsliklərin yenidən yazılmasını və abidələrin sökülməsini xatırladıb.

"Məqsəd aydındır - millətlərarası və konfessiyalararası düşmənçilik toxumu səpmək, linqvistik şovinizmi qızışdırmaq, İttifaq dövlətinin daha da möhkəmlənməsinə mane olmaq ümidi ilə qardaş xalqlarımızı bizmlə üz-üzə qoymaq", -deyə Rusiya XİN rəhbəri əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info