Lirə bahalaşdı: Son iki həftədə ilk dəfə

Lirə bahalaşdı: Son iki həftədə ilk dəfə

Türkiyə valyuta birjalarında son 2 həftədə ilk dəfə olaraq lirə avro qarşısında bahalaşıb.

“Cebheinfo.az” xəbər verir ki, avro lirə qarşısında 0.34 faiz dəyər itirərək 40.96 lirəyə enib.

Dollar isə bu gün də lirə qarşısnda bahalaşaraq 0.13 faiz dəyər qazanıb. Hazırda 1 dollar 38.01 lirə səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.

Vilayət Muxtar
“Cebheinfo.az”