Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin “Fırat qalxanı”, “Zeytin budağı” və "Barış pınarı" əməliyyatları ilə terrordan təmizlənən Suriyadakı təhlükəsiz bölgələrə Türkiyədən qayıdanların sayı artıb.

Suriyada terrordan təmizlənmiş bölgələrdə gündəlik həyatı normallaşdırmaq üçün səylər sürətlə davam edir.

Cebhe.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin “Fırat qalxanı”, “Zeytin budağı” və "Barış pınarı" əməliyyatları ilə terrordan təmizlənən Suriyadakı təhlükəsiz bölgələrə Türkiyədən qayıdanların sayı 554 min 609-a çatıb.

Suriyada terrordan təmizlənmiş bölgələrdə gündəlik həyatı normallaşdırmaq üçün səylər sürətlə davam edir. Türkiyənin təhsil, səhiyyə, nəqliyyat, infrastruktur, idman və ticarət kimi sahələrdə sərmayələrlə cəlbedici hala gətirilən suriyalıların bölgələrə könüllü dönüşü davam edir.

Uzun illər Türkiyədə yaşamaq məcburiyyətində qalan suriyalılar Miqrasiya İdarəsi Müdirliyinin Könüllü Geri Dönüş Bürosunda aparılan əməliyyatlardan sonra Qaziantep, Şanlıurfa, Kilis və Hataydan ölkələrinə köç edirlər.

Suriyalıların sıx məskunlaşdığı 12 vilayətdə qurulan ofislərdə “təhlükəsiz, könüllü və ləyaqətli qayıdış” prinsipi ilə həyata keçirilən işlərdə ölkələrinə qayıdan suriyalıların sayı 554 min 609-a çatıb.

4 ildə 30 min insan Tel Abyada qayıtdı

"Barış pınarı" əməliyyatı ilə terror təşkilatlarından təmizlənən Tel Abyad görülən işlərlə ən təhlükəsiz bölgələrdən biridir. Türkiyənin dəstəklədiyi yerli şuranın səyləri ilə təmin edilən təhlükəsizlik, əmin-amanlıq, sabitlik, məşğulluq və canlanan iqtisadiyyatla orada həyatın normallaşdığını, ictimai həyatın aktiv olduğunu müşahidə etmək olar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 4 ilə yaxındır ki, həyatın normallaşdığı rayona qayıdanların sayı 30 mini keçib.

Nigar
Cebhe.info