Peskov: "Trampla təmas hələlik olmayıb"
ABŞ prezident administrasiyası ilə hələlik təmaslar olmayıb, lakin müzakirə üçün potensial aktual məsələlərin gündəliyi genişdir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Ümidlər haqqında danışmaq hələ tezdir", - deyən Kremlin sözçüsü Trampın gəlişi ilə BMT-də işləyən rusiyalılar üçün ABŞ-nın viza məhdudiyyətinin ləğvinə dair sualına belə cavablandırıb:
“Bu, Amerika tərəfi qarşısında qaldırıla bilən yeganə məsələ deyil. Bir qıcıqlandırıcı məsələlər gündəliyi o qədər genişdir ki, bir məsələni prioritet saymaq düzgün olmaz”.
"Cebheinfo.az"