Qəzza üzərinə təzyiq davam edir
Fələstinlilər arasında rəqəmsal maarifləndirmə hüquqları ilə məşğul olan “Sada” sosial saytı noyabr ayında vətəndşların rəqəmsal məzmununun 500-dən çox pozulmasının baş verdiyini və Qəzza zolağının şimalında “rəqəmsal təzyiqlərin” davam etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, “Sada” sosial saytı fələstinlilərin rəqəmsal məzmununa qarşı pozuntularla bağlı aylıq hesabat dərc edib.
Hesabatda “Meta” platformalarının 57 faiz pozuntu ilə birinci, “TikTok”un 23 faizlə ikinci, “YouTube”un 13 faizlə üçüncü, “X” platformasının isə 7 faizlə dördüncü yerdə olduğu bildirilib.
Məlumatda “WhatsApp” tətbiqindən 30 fələstinlinin nömrəsinin silinməsi ilə yanaşı, Qərb Şəriyənin şimalındakı Cenin şəhərində iki xəbər qrupu və bir yerli qrupun da silindiyi, rəqəmsal siyasətlərə diqqət çəkilib.
Fələstinlilərin səslərinin ictimaiyyətə çatmasına mane davam edir.
Xəbərdə Qəzza zolağının şimalında “rəqəmsal təzyiq”in və internet xidmətlərinin kəsilməsinin davam etdiyi bildirilib və bu vəziyyətin bölgə sakinlərinin ünsiyyət və baş verənlərlə bağlı faktları çatdırmaq imkanlarını pozduğu vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"