Rusiya və Suriya İdlibi bombalayır

Rusiya və Suriya təyyarələri Hələb şəhərinə daxil olan terrorçuları geri sıxışdırmaq məqsədi ilə Suriyanın şimalını intensiv bombardman edir.
Bombardmanların ikinci günündə terrorçuların nəzarətində olan İdlib şəhəri vurulub.
“Cebheinfo.az” xəbər verir ki, Rusiya və Suriya təyyarələri İdlib əyalətinin tamamilə terrorçuların nəzarəti altına düşən digər şəhərlərini bombalayıblar.
Bazar günü ordu son günlər silahlılar tərəfindən ələ keçirilən bir neçə şəhəri geri aldığını bildirib.
Xatırladaq ki, silahlı qruplar Hələb şəhərinin böyük hissəsini nəzarətə götürüb.
Xəzər
“Cebheinfo.az”