Səfir: "Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilər”

Səfir: "Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilər”

“Rusiya Ermənistanın Avrasiyada vahid və bölünməz təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid edir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya erməni tərəfdaşlarının Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılması üzrə birgə səylərdə fəal iştirakına ümid edir: 

“Bu ideya bu il iyunun 14-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə və bu yaxınlarda Kazanda keçirilən BRİKS sammiti zamanı yenidən səsləndirilib”.

“Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışarkən biz Rusiya-Ermənistan müttəfiq əməkdaşlığına, o cümlədən KTMT çərçivəsində müqayisə oluna bilən real alternativlərin olmadığı mövqeyinə sadiqik. 

Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də KTMT vasitəsilə təmin etmək öhdəliyinə sadiq qalır”, - deyə əfir sqeyd edib.

Xəzər
“Cebheinfo.az”