Səudiyyə Suriyaya neft hədiyyə edib

Səudiyyə Suriyaya neft hədiyyə edib

Səudiyyə Ərəbistanının Suriyaya göstərdiyi enerji dəstəyi çərçivəsində, 90 min ton xam neft daşıyan tanker Banyas Limanına çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Suriya Neft Şirkətinin İcraçı vitse-prezidenti Əhməd Kabbahci rəsmi SANA xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, hədiyyənin ilk hissəsi (90 min ton) Banyas Limanında təhvil alınıb.

İkinci göndərişin isə ayın 23-də çatacağı və neftin Suriyanın Baniyas şəhərindəki ən böyük neft emalı zavodunda emal ediləcəyi qeyd olunub.Banyas Neft Terminalının müdiri Əbdülhadi Cubasi də tankerin boşaldılmasına başlandığını və bu prosesin 72 saat ərzində tamamlanacağını bildirib.

Quru və Dəniz Sərhəd Qapıları üzrə Ümumi əlaqələr şöbəsinin müdiri Mazen Alluş isə texniki qrupların boşaltma işlərini yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirdiyini və xam neftin emal zavoduna ötürülməsi ilə bazara sabit məhsul təklif etməyi hədəflədiklərini vurğulayıb.

Suriya ilə Səudiyyə Ərəbistanı arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində, Ər-Riyad Dəməşqə ümumilikdə 1 milyon 650 min barel xam neft hədiyyə edəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"