Tramp günahkar axtarır

Tramp günahkar axtarır

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başlamasında keçmiş prezident Co Baydeni və Ukrayna Prezidenti Volodimir Zelenskini məsul tutub. 

“Cebheinfo.az” xəbər verir ki, o, açıqlamasında “Bu müharibəni indi və çox tez dayandırmalıyıq”, – deyib. Tramp “Rusiya və Ukrayna arasındakı bu müharibə mənim müharibəm deyil, bu, Baydenin müharibəsidir. Mən indi gəlmişəm. Prezident Vladimir Putin və digərləri sizin prezidentinizə hörmət edirdilər. Əgər 2020-ci il prezident seçkiləri bir çox baxımdan saxtalaşdırılmasaydı, bu dəhşətli müharibə heç vaxt baş verməzdi”, -deyə qeyd edib. Tramp bu münaqişə ilə heç bir əlaqəsi olmadığını vurğulayıb: 

“Prezident Zelenski və fırıldaqçı Co Bayden bu rüsvayçı müharibənin başlamasına imkan verməklə olduqca dəhşətli bir addım atıblar. Bu müharibənin qarşısını almağın bir çox yolu var idi. Amma bu, artıq keçmişdə qaldı. İndi biz bu müharibəni tez bir zamanda dayandırmalıyıq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”