Tramp hökumətdə çalışanları kütləvi işdən çıxarır

Tramp hökumətdə çalışanları kütləvi işdən çıxarır

Dövlət Departamentində aparılan yenidənqurma onun 130-a yaxın şöbənin bağlanması və ən azı 700 vəzifənin ləğvi ilə nəticələnəcək. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Reuters” agentliyi Dövlət Departamentində islahatlara dair ilkin planları özündə əks etdirən sənədə istinadən belə yazıb.

Qeyd edilir ki, Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrinə təqdim edilən sənəddə Dövlət Departamentinin 132 bürosunun, departamentinin və proqramlarının qarşıdakı ləğvi ilə bağlı müddəalar var. 732 vəzifə ixtisar ediləcək, bir çoxu başqa şöbələrə köçürüləcək və ya yenidən təşkil ediləcək. 

“The Washington Post”-un yazdığına görə, dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini vəzifəsi ləğv ediləcək.

Bundan başqa, hərbi cinayətlərin araşdırılması ilə məşğul olan xidmətlər, eləcə də münaqişə və sabitləşdirmə əməliyyatları fəaliyyətini dayandıracaq.

Nəşr qeyd edir ki sənəddə qeyd olunan planlara əsasən, Dövlət Departamentinin islahatı gözlənildiyi kimi radikal olmayacaq. 

Hazırda söhbət Afrika qitəsində Amerika diplomatik missiyalarının fəaliyyətinin ixtisar edilməsindən və Xarici İşlər Nazirliyinin ixtisaslaşdırılmış departamentinin Afrika işləri üzrə xüsusi nümayəndənin ofisi ilə əvəz edilməsindən getmir.

“Reuters” qeyd edir ki, yenidənqurma proqramına əsasən, dövlət katibinin müavinlərindən tabeçiliyində olan işçilərin 15 faizini ixtisar etmək planları tərtib etmələri tələb olunur.

Dövlət Departamentində xüsusi yaradılmış işçi qrupu iyulun 1-dək strukturun yenidən qurulması ilə bağlı ətraflı planları təqdim etməlidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”