Trampın yaxın ətrafı şoka düşüb

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu vəzifəsindən azad edib və onun yerinə müvəqqəti olaraq ABŞ dövlət katibi Marko Rubionu təyin edib.
Yanvar ayında vəzifəyə başlayan Trampın bu hərəkəti ilə yaxın çevrəsində ilk şoku yaradıb.
"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial şəbəkədə Uolsu ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb. Xatırladaq ki, Uols mart ayında Trampın milli təhlükəsizlik üzrə yüksək səviyyəli köməkçiləri üçün “Signal” mesajlaşma proqramında yaradılmış qrupa səhvən jurnalistin əlavə edilməsindən sonra yaranan qalmaqaldan sonra Ağ Evin daxilindən tənqidlərlə üzləşib.
Rubio 1970-ci illərdə iki vəzifədə çalışan Henri Kissincerdən sonra dövlət katibi və milli təhlükəsizlik müşaviri kimi eyni vaxtda işləyən ilk şəxs olacaq. Dünən Ağ Evdə keçirilən tədbirdə çıxış edən Tramp “Nə vaxt problemim olsa, Markoya zəng edirəm və o, həll edir”,- deyib.
Nigar Hacılı
"Cebheinfo.az"