Ukrayna rəsmi üzr tələb edir

Xəbər verdiyimiz kimi, Amerikanın “Fox News” telekanalı Pasxa yayımı zamanı Kiyevi Rusiyanın bir hissəsi kimi göstərib. Ukrayna bu səhvə görə rəsmi üzr istəməsini tələb edir.
“Cebheinfo.az” xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxiy “X” sosial şəbəkəsində bildirib.
“Ukrayna Xarici İşlər Nazirliyi Amerikanın “Fox News” telekanalını efirdə Kiyevin Rusiyanın bir hissəsi kimi qələmə verilməsi hadisəsinə görə üzr istəməyə çağırır”,-deyə o yazır.
Qalmaqallı vəziyyət Pasxa bayramının yayımı zamanı "Pasxa ənənəsi: Kiyev, Rusiya" yazısının görünməsi ilə baş verib.
Xəzər
“Cebheinfo.az”