Uşaqlıq transplantasiyası keçirən 36 yaşlı qadın ana olub

Uşaqlıq transplantasiyası keçirən 36 yaşlı qadın ana olub

İngiltərədə bir ilk yaşanıb. Bacısının bətnindən transplantasiya edilən britaniyalı qadın sağlam qız uşağı dünyaya gətirib.

“Cebheinfo.az” xəbər verir ki, dünyaya gələn körpə qız İngiltərə mətbuatı tərəfindən "möcüzə körpə" adlandırılıb.

Belə ki, 36 yaşlı Qreys Deyvidson 27 fevral tarixində uşaqlığı olmadan sağlam bir qız körpə dünyaya gətirib.

Qreysə uşaqlıq, 2023-cü ildə iki uşaq anası olan, 42 yaşlı bacısı Eymi Pördiyə məxsus orqanla əvəz olunub. Bu, həmin dövrdə İngiltərədə həyata keçirilən və uğurla başa çatan yeganə uşaqlıq transplantasiyası idi.

Körpəyə bətnini bacısına bağışlayan 42 yaşlı iki uşaq anası Emi Purdinin adı verilib. Bacısına uşaqlığını bağışlamaq üçün Emi 8 saatlıq ağır bir əməliyyatdan keçib və həftələrlə davam edən bərpa prosesi yaşayıb.

Uşaqlığın çıxarılması və Qreysə köçürülməsi üçün 30-dan çox tibb işçisindən ibarət bir komanda təxminən 17 saatlıq əməliyyat həyata keçirib. Emi bu prosesi heç bir narahatlıqla qarşılamayıb, əksinə, bacısına ana olmaq şansı verməyi "böyük bir şərəf" kimi dəyərləndirib.

Yeni ana olan Qreys, təxminən 2 kiloqram çəkidə dünyaya gələn körpəsi Emini ilk dəfə qucağına alanda hisslərinin "inanılmaz" olduğunu bildirib.

Şimali Londonda yaşayan və əslən şotland olan Qreys və həyat yoldaşı Anqus, transplantasiya olunmuş uşaqlıqla ikinci övlad sahibi olmağı da ümid edirlər.

Qeyd edək ki, uşaqlıq transplantasiyası nəticəsində dünyaya gələn ilk körpə 2014-cü ildə İsveçdə olub. O vaxtdan bəri ABŞ, Çin, Fransa, Almaniya, Hindistan və Türkiyə də daxil olmaqla 10-dan çox ölkədə 135-ə yaxın transplantasiya həyata keçirilib. Təxminən 65 körpə doğulub.

Əfsanə Rəcəb
“Cebheinfo.az”