Vardanyan Xankəndidəki böhranı təsdiqlədi

Vardanyan Xankəndidəki böhranı təsdiqlədi

Xankəndidəki separatçıların “dövlət naziri” olmuş Ruben Vardanyan qondarma rejimin daxilindəki böhrandan danışıb.

Cebhe.info xəbər verir ki, o, böhran olduğunu təsdiqləyb:

“Mənim bura gəlməyimin səbəblərindən biri odur ki, rəhbərlikdə qərarların qəbulu, onların həyata keçirilməsi ardıcıllığı, xalqla ünsiyyət, gənclərin işə cəlb edilməsi baxımından böyük böhranımız var”.

Vardanyan bildirib ki, çoxlu sayda diaspor erməniləri dünyanın müxtəlif ölkələrində fəaliyyətləri ilə separatçılara kömək edə bilərlər:

“Lakin burada mərkəzin olmaması, məqsəd ətrafında möhkəmlənməmək, ciddi nizam-intizamın yolxluğu şəraitində bunların hamısı mənasız olacaq”.

O, həmçinin mayın 15-də “dövlət naziri” təyin edilməsini tələb edən Samvel Babayanla münasibətləri ilə bağlı sualı cavablandırıb.

Vardanyan Babayanla heç bir münasibətinin olmadığını vurğulayıb. Keçmiş dövlət nazirinin sözlərinə görə, onu yalnız bir dəfə görüb.

“Mən ideyadan danışıram, o, mövqedən danışır”, - Vardanyan bildirib.

Xəzər
Cebhe.info