Yəmən Dəməşqdəki səfirliyini yenidən açacaq

Yəmən Dəməşqdəki səfirliyini yenidən açacaq

Yəmən Xarici İşlər Nazirliyi Dəməşqdəki səfirliyinin aprelin 27-dən etibarən yenidən açılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Nazirliyin “X” sosial media hesabından verilən açıqlamada məsələ ilə bağlı məlumat verilib.

“Yəmənin xarici işlər naziri Şai Möhsün Zindaninin və suriyalı həmkarı Əsəd Həsən Şeybaninin göstərişlərinə uyğun olaraq, Yəmənin Suriyadakı səfirliyinin tarixi və görkəmli əlaqələrin əksi olaraq aprelin 27-dən etibarən fəaliyyətini bərpa edəcəyini açıqlayırıq”, - bəyanatda deyilir.

Qeyd olunub ki, müvəqqəti işlər vəkili vəzifəsinə müşaviri Məhəmməd İzzi Bakir təyin edilib.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarəti ələ keçirib.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Nigar Hacılı 
"Cebheinfo.az"