Yeni idman kanalı açıldı

Yeni idman kanalı açıldı

Türkiyədə yeni idman kanalı açılıb.

“Cebheinfo.az” xəbər verir ki, “Habertürk” telekanalın yeni kanalı fəaliyyəti başlayıb.

“HT Spor” adlanan kanal ötən gün izləyicilərin qarşısına çıxıb. Kanalın ilkin şərhçilər heyətində Mehmet Ayan, Gürcan Bilgiç, Ufuk Kaan Karacan yer alır. Həmçinin, yaxın günlərdə Ahmet Selim Kul və Cem Dizdar kimi mütəxəssislərin də kanala qatılması gözlənilir. 

Yeni idman kanalında futbol proqramları nümayiş olunacaq. Xüsusilə Türkiyə Super Liqasının matçları yayımlanarkən canlı müzakirə proqramları yayımlanacaq. Gələcəkdə hansısa liqaların yayım hüququnun alınıb-alınmayacağı isə hələlik məlum deyil.

Elmir
“Cebheinfo.az”