Zelenski NATO sammitində iştirak edəcək

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukrayna Prezidenti Volodimir Zelenskinin Haaqada keçiriləcək NATO sammitində iştirak edəcəyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "WNL op Zondag" nəşri məlumat verib.
Nazir bildirib ki, Şimali Atlantika Alyansı Zelenskinin sammit proqramında "layiqli yer"lə təmin edilməsinə nail olmaq üçün çalışır.
Eyni zamanda, o, görüş çərçivəsində Ukrayna prezidenti ilə ABŞ lideri Donald Tramp arasında söhbətin təşkil olunub-olunmayacağına dair suala cavab verməkdə çətinlik çəkib.
"Cebheinfo.az"