Zelenski Odessada hərbi administrasiya yaradıb

Zelenski Odessada hərbi administrasiya yaradıb

Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhər hərbi administrasiyasının yaradılması haqqında əmr imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezidentin müvafiq fərmanına istinadən məlumat yayıb.

Yeni yaradılan rayon administrasiyasına əvvəllər Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsində çalışmış Sergey Lısak başçılıq edəcək.

"Cebheinfo.az"