Putin 11 min koreyalını artıq döyüşə göndərib

“Kursk vilayətində Rusiya tərəfdən artıq Şimali Koreyadan olan 11 min hərbçi var”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən deyib.
“Bu gün Rusiya ərazisində Şimali Koreya ordusu ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat da var idi. Kursk bölgəsində artıq 11 min. Biz Şimali Koreyalıların sayının artdığını görürük və tərəfdaşlarımızın reaksiyasında artım görmürük”, -deyə “İnterfaks-Ukrayna” Zelenskidən sitat gətirib.
Rusiya KXDR hərbçilərinin Rusiyaya göndərilməsini inkar etmir və onların Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlara cəlb edilməsi planlarına dair xəbərləri şərh etmir. Qərb ölkələri Şimali Koreya hərbçilərinin iştirakını münaqişənin ciddi şəkildə eskalasiyası hesab edir.
Xəzər
“Cebheinfo.az”