Zəlzələ ilə bağlı şok açıqlama: “İstanbulda 7 bal gücündə...”

"İki ay içərisində İstanbulda 7 bal gücündə zəlzələ ola bilər".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri yaponiyalı geoloq Yoşinori Morivaki deyib.
O, bu barədə "Ekol TV"-yə danışıb. Geoloq qardaş ölkədə güclü zəlzələ ola biləcəyi barədə xəbərdarlıq edib:
"İstanbul üçün zəlzələ riski bitməyib. Son baş verən zəlzələ gözlənilən qədər böyük deyildi. Növbəti 2 ayda İstanbulda 7 bal gücündə zəlzələ ehtimalı var".
Onun sözlərinə görə, qarşıdakı bir neçə ayın İstanbul üçün kritikdir və lazımi ehtiyat tədbirləri görülməlidir.
Elmir Mustafa
"Cebheinfo.az"