Çingiz Abdullayev qadınlara görə cavan qalıb:”Sevgisiz həyat olmur”

Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı zamanı jurnalistlə yaşanan qalmaqaldan sonra Xalq yazıçısı Çingiz Abdullayev kamera qarşısına keçib.
Cebhe.info xəbər verir ki, Real TV- də qonaq olan yazıçı yaradıcılığından söz açıb, maraqlı məqamlara toxunub. O, qadın fanatlarının olduğunu deyib: "Dünyada 60-70 faiz kitablarımı qadınlar, 30 faiz kişilər oxuyur. Bəlkə də ondan cavan qalmışam. Hər kitabımda sevgi var. Sevgisiz həyat olmur. Qadınlar mənə deyir ki, qadınlar haqda elə yazmısan, hiss eləmisən ki, başqaları belə yazmazdı. Minlərlə məktub alıram. Orda yazırlar ki, qadınları sən necə başa düşürsən, dərk edirsən".
Xalq yazıçısı dünyada 3 tanınmış qadının onun oxucusu olduğu deyib. Onlardan biri Bolqarıstanın keçmiş ədliyyə naziri olmuş qadındır:
"Mənim fanatımdır, tədbirdə mənə yaxınlaşıb bütün kitablarımı oxuduğunu deyib. Mən də fəxr edirəm. Kitablarım ən çox Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Fransada satılır. Azərbaycanda iki tanınmış insan, rejissor Rasim Ocaqov və bəstəkar Emin Sabitoğlu mənə deyirdilər ki, sən insanları aldadırsan, əslində sənin heç bir detektiv kitabın yoxdur, sən insanlardan yazırsan. Bunu mənə fransızlar da belə yazırdı. Axı bu, adi detektiv olsaydı , kitablarımı 32 dilə tərcümə etməzdilər. Görunür, nəsə var, toxunur onlara. Ona görə oxuyurlar".
Aylin
Cebhe.info